Vaşinqton Ukraynaya “Tomahawk” qanadlı raketlərinin mümkün tədarükü ilə bağlı faktiki qərar qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp qərarını açıqlayıb.
“Mən əslində “Tomahawk” raketləri və Ukrayna ilə bağlı qərar verdim. Amma bunun nə olduğunu izah etməyəcəyəm”, – Tramp deyib.
Onun sözlərinə görə, o, Ukraynanın bu raketləri necə istifadə etməyi planlaşdırdığını öyrənmək istəyir. Prezident həmçinin vurğulayıb ki, ABŞ-ın Kiyevə raket tədarükü qərarı Ukraynadakı münaqişənin daha da genişlənməsinə yönəlmir.
Tahir Turan