İsrailin Livanın cənub və şərqində məskunlaşan ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölən və yaralananların sayı artıb.
Globalinfo.az xəbər verir ki, zərbələr nəticəsində ölənlərin sayı 325, yaralıların sayı isə 1200-ə çatıb.
***17:16
İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı artıb.
Globalinfo.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayı 182-ə çatıb, 727 nəfər isə yaralanıb.
***15:42
İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.
Globalinfo.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayı 100-ə çatıb.
Yaralıların sayının 400-ü ötdüyü bildirilir.
***15:10
İsrail ordusunun Livanın cənubundakı “Hizbullah” mövqelərinə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, 50 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Qeyd edək ki, İsrail ordusu mülki şəxslərə “Hizbullah”ın silah saxlamaq üçün istifadə etdiyi yerlərdən uzaqlaşmaları barədə xəbərdarlıq edib.