ABŞ prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatına İsrail girovlarının azad olunması ilə bağlı göstərilən təzyiqdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın mühüm rol oynadığını deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat dərc edib.
Tramp bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt adam olsa da, girovların azad edilməsi üçün HƏMAS-a təzyiq göstərməyə çox yardım göstərib.
Məlumata görə, ABŞ prezidenti Fələstin hərəkatının cavabı öncəsi türkiyəli həmkarı ilə danışıb və şəxsən Ərdoğanı HƏMAS rəhbərliyini təklifə rədd cavabı verməməsi üçün inandırmağa çağırıb.
Əliyar Xəlil