Ermənistan hakimiyyətinin apardığı siyasət nəticəsində Azərbaycan Rusiyanın regiondakı əsas müttəfiqinə çevrilir.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan deyib.
“Rusiyanın Cənubi Qafqazda öz maraqları var. Bu maraqların reallaşdırılması üçün Rusiyaya tərəfdaş ölkələr lazımdır. Son zamanlara qədər regionda onun tərəfdaşı Ermənistan idi. Lakin Lavrovun açıqlaması göstərir ki, hazırda bu yeri Azərbaycan tutur. Ermənistan hakimiyyətinin apardığı siyasət nəticəsində Rusiya regionda özünə daha etibarlı tərəfdaş axtarmaq məcburiyyətində qalıb. Bundan sonra Moskva öz siyasətini İrəvanın yox, Bakının siyasətini nəzərə alıb quracaq”, – o bildirib.
İlkin Həsənov
Globalinfo.az