“Almaniya Ukraynaya ilin sonuna qədər 1,4 milyard avroluq yardım ayıracaq”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
Şolts bunun Rusiyaya Qərbin hələ də Kiyevin yanında olduğunu göstərən güclü siqnal kimi qəbul ediləcəyini bildirib:
“Bu Rusiya Prezidenti Vladimir Putinə dəqiq siqnaldır. Heç bir fasilə olmayacaq. Biz heç vaxt Ukraynanı dəstəkləməyi dayandırmayacağıq”.
Əliyar Xəlil
Globalinfo.az