bleyz

Britaniya kəşfiyyatının zabiti olan Bleyz Metreveli Mİ-6-nın rəhbəri vəzifəsinə təyinat alıb.

Globalinfo.az xəbər verir ki,  bu barədə “The Times” qəzeti məlumat yayıb.

“O, oktyabrın 1-də məxfi xidmətə beş il rəhbərlik etmiş Riçard Murdan sonra vəzifəsinin icrasına başlayıb. Bleyz bu vəzifəni tutan ilk qadındır. 48 yaşlı Metreveli 1909-cu ilə qədər uzanan Mİ6-nın tarixində ən gənc rəhbərdir”, – deyə bildirilib.

    Qeyd edək ki, B,Merreveli 1999-cu ildə xarici kəşfiyyatda işləməyə başlayıb. O, ərəb dilini mükəmməl bilir və uşaqlıqda Səudiyyə Ərəbistanında yaşayıb.

    Paylaş: