İsrailin ələ keçirdiyi vətəndaşlarımızın vəziyyəti… – Türkiyə XİN

İsrailin ələ keçirdiyi vətəndaşlarımızın vəziyyəti… - Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi İsrail tərəfindən beynəlxalq sularda nəzarətə alınan gəmilərdə olan Türkiyə vətəndaşları ilə bağlı açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, nazirliyin açıqlamasında deyilir:

“Beynəlxalq sularda üzərkən İsrail qüvvələri tərəfindən ələ keçirilən gəmilərdə olan vətəndaşlarımızın vəziyyəti yaxından izlənilir və zəruri bütün tədbirlər həyata keçirilir”.

Rəsmi qurum əlavə edib ki, proses diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır.