İranlı deputatdan İsraillə bağlı yeni iddia: “Onlar bizi izləyir”

İranlı deputatdan İsraillə bağlı yeni iddia: "Onlar bizi izləyir"

İsrail İranda kəşfiyyat üstünlüyünə malikdir”.

Globalinfo.az “Mehr News” agentliyinə istinadla xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Mahmud Nəbəvian müsahibəsində deyib. 

Deputatın sözlərinə görə, İsrailin kəşfiyyat üstünlüyü çox vaxt texnologiya və internet platformalarından istifadə sayəsində 90 faizə çatır.

“İranda bütün şəhər kameraları, o cümlədən yol qovşaqlarındakı kameralar İsrailin nəzarəti altındadır və birbaşa idarə olunur. Onların bizi izləməsi istisna deyil”, – Nəbəvian deyib.

O həmçinin bildirib ki, bu üstünlük 12 günlük müharibə zamanı İran rəsmilərinin hərəkətlərini izləmək və hətta Milli Təhlükəsizlik Şurasının iclas yerini müəyyənləşdirmək üçün istifadə olunub.

Tahir Turan
Globalinfo.az