Rusiya Britaniya adaları ətrafında təxribat əməliyyatları hazırlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşrinin araşdırmasında qeyd olunub.
Bildirilir ki, bu ilin əvvəlində Britaniyanın ərazi sularında görünən Rusiyanın “Yantar” gəmisi Avropanın sualtı kabellərini izləyir. Hərbi ekspertlərin qiymətləndirmələri göstərir ki, “Yantar” kritik infrastruktur qovşaqlarını davamlı izləmək üçün Britaniya sularında 13 ay ərzində yerləşdirilən Rusiya döyüş gəmisindən biridir.
FT qeyd edir ki, sualtı infrastruktura qlobal etibar artdıqca dəniz dibi getdikcə daha cəlbedici hədəfə çevrilir. Böyük Britaniyanın rəqəmsal rabitəsinin 99 faizi hazırda dənizaltı fiberoptik kabellər vasitəsilə təmin edilir. Ölkənin qaz təchizatının dörddəüçü sualtı boru kəmərləri ilə nəql olunur.
“Yantar” hərbi və internet kabellərinə qoşulmaq və məlumatları ələ keçirmək, həmçinin gələcəkdə onları işə salmaq məqsədilə partlayıcı qurğular yerləşdirmək üçün manipulyatorları olan sualtı maşınlarla təchiz edilib.
Rusiyanın rəsmi məlumatına görə, “Yantar” okeanoqrafik tədqiqat gəmisidir. 2015-ci ilin may ayında Rusiya Hərbi Dəniz Qüvvələrinə verilib. Bu ilin sentyabrında “Yantar” ABŞ hərbi dəniz bazası yaxınlığında görünüb. O zaman Pentaqon bəyan edib ki, Rusiya gəmisi ABŞ sualtı qayıqlarında istifadə edilən sualtı sensorlar və digər avadanlıqlar haqqında məlumat toplayır.
Əliyar Xəlil