peskovv

Kreml ABŞ Prezidenti Donald Trampın Rusiya təyyarələrini vurmaqla bağlı çıxışına reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

O bildirib ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən təsirlənib.

“Görünür o, görüşün təsiri altında bu fikirləri deyib. Bizim də öz mövqeyimizi  ABŞ- a çatdırmaq imkanımız olacaq “, – Peskov bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı Avropaya açıq çağırış edib.

Rusiya təyyarələri sərhədinizə girsə, onları vurun”, – deyə o vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: