Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS hərəkatını terror təşkilatı kimi tanımadığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
“Mən HƏMAS-ı terror təşkilatı hesab etmirəm. Əksinə, müqavimət hərəkatı hesab edirəm”, – ölkə başçısı bildirib.
Onun sözlərinə görə, HƏMAS-ın hərbi potensialı İsrailin hücumlarından müdafiə üçün kifayətdir.
Əliyar Xəlil
Globalinfo.az