bicaq 1

Bu gün saat 11:00 radələrində 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ona döş qəfəsinin ön səthinin, bel və sağ sağrı nahiyyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu təyin olunub.

Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

***17:07

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə tənəffüs vaxtı məktəbin yaxınlığındakı parkda qeydə alınıb.

Tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.

O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən E.Mirzəyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: