Moskvaya pis xəbər: Tramp da razılaşdı – İLK

Moskvaya pis xəbər: Tramp da razılaşdı - İLK

“Avropa İttifaqı (Aİ) və ABŞ arasında Rusiya əleyhinə yeni sanksiyalar paketi razılaşdırılıb və yaxın günlərdə qəbul ediləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

O qeyd edib ki, Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıdışından sonra ilk dəfə olaraq Vaşinqton tərəfindən təsdiqlənib.

Xatırladaq ki, sentyabrın 19-da Avropa Komissiyası yeni məhdudiyyətlərlə bağlı təklifini təqdim edib.

Əliyar Xəlil
Globalinfo.az