RTX363LC pic905 895x505 23755 1

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edib.

Globalinfo.az xəbər verir ki, Ərdoğan BMT Baş Assambleyasının yüksək səviyyəli iclasında iştirak etmək üçün Nyu-Yorka gəlib.

Dövlət başçısı şəhərdə fəaliyyət göstərən Türk Evini ziyarət edib. Binanın qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Türk icmasının nümayəndələri prezidenti bayraqlarla qarşılayıblar. Ərdoğan onlarla həmsöhbət olub.

Qeyd edək ki, bu il 80-ci dəfə keçirilən “Yüksək Səviyyəli Həftə”də BMT-yə üzv olan 193 ölkədən dövlət və hökumət başçıları, eləcə də bəzi ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir.

Paylaş: