cropped hands thief holding gun field scaled
İrəvanın Asratyan küçəsində atışma baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, Asratyan küçəsindəki 4 saylı evin həyətində atəş açılıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tez bir zamanda hadisə iştirakçılarının şəxsiyyətini müəyyənləşdiriblər. Binanın həyətində hüquq-mühafizə orqanlarının əməkdaşları tapança və avtomat silahının gilizlərini aşkar ediblər.

Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.

Paylaş: