skynews keir starmer labour 6503435

Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiya pilotsuz təyyarələrinin Polşa hava məkanını pozan insidentdən narahat olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Rusiyanın bu səhər Ukraynaya hücumu, o cümlədən pilotsuz təyyarələri tərəfindən Polşa və NATO hava məkanının kobud və görünməmiş şəkildə pozması dərin narahatlıq doğurur. Moskva son dərəcə ehtiyatsız addım atıb”, – deyə baş nazir bildirib.

Starmer həmçinin əlavə edib ki, o, polşalı həmkarı Donald Tusk ilə əlaqə saxlayaraq dəstəyini ifadə edib.

Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus “Şahid” PUA-ları Polşaya hücum edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: