Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da Tacikistana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbərinin müavini Aleksandr Pankin məlumat yayıb.
Diplomat qeyd edib ki, bu səfər ikitərəfli münasibətlərin inkişafına yeni güclü təkan verəcək və ikitərəfli əlaqələrin inkişafı üçün yeni istiqamətləri müəyyən etməyə imkan yaradacaq.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinin dekabr ayında Hindistana səfər edəcəyini açıqlayıb. Bundan əvvəl isə Kreml rəhbəri Çinə dördgünlük rəsmi səfər edib.
Aysel Əliyeva
Globalinfo.az