photo 2025 09 08 19 33 54

Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

90 kiloqramda döyüşən Alfonso Dominqes 1/8 finalda almaniyalı Yasse Kislə üz-üzə gəlib.

Yay Olimpiya Oyunlarının bürünc və gümüş mükafatçısı dünya çempionu rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Dominqes yekunda 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

O, 1/4 final görüşünə sentyabrın 10-da çıxacaq.

Paylaş: