bB9H5l9Dlmua5b8MIzyC1clpqatE11b5Ew28QDnO 825

Ermənistan ümid edir ki, Cənubi Qafqazda kommunikasiyaların açılması Çin və digər ölkələrlə ticarət həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.

“Ümid edirik ki, regional infrastrukturun açılması Çin və digər ölkələrlə ticarət dövriyyəsinin həcmini artırmağa imkan verəcək və biz bu istiqamətdə irəliləyirik”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, İrəvan həmçinin Ermənistanda iri infrastruktur layihələrinin həyata keçirilməsində Çin şirkətləri ilə gələcək əməkdaşlığa da ümid edir.

Paylaş: