Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo hazırkı mövsümün karyerasında sonuncu ola biləcəyini istisna etməyib.
Globalinfo.az xəbər verir ki, Ronaldo bu barədə “Goal” nəşrinə danışıb.
“Bədənim və zehnim imkan versə, davam edəcəm. Əks halda karyeramı bitirə bilərəm”, – K.Ronaldo deyib.
Portuqaliyalı futbolçunun karyerasında 979 qol var. O, futbol tarixinin ən məhsuldar bombardiri hesab olunur.
Qeyd edək ki, Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Portuqaliya millisi sentyabrın 24-də Uelslə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.