muharibe ermeni

***
12:29

Ermənistan İrandakı hərbi obyektlərə təkil edilən kütləvi dron hücumundan sonra Tehranın müdafiəsinə başlayıb.

Globalinfo.az xəbər verir ki, “Al-Monitor” qəzetinə açıqlama verən Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Tehranın mövqeyini, eləcə də onun Qafqaz siyasətini müdafiə edib.

Kostanyan keçən ilin sentyabr döyüşlərinə də toxunub və həmin vaxt Azərbaycanın Ordusunun qarşısının guya İran tərəfindən alınması haqda gülünc iddia səsləndirib. Nazir müavininə görə, Azərbaycan guya 2022-ci ilin sentyabrında Ermənistana qarşı daha genişmiqyaslı əməliyyat planlaşdırıbmış. Rəsmi İrəvanın nümayəndəsi məhz İranın ritorikası və fəaliyyəti sayəsində guya situasiyanın qarşısını tam almağın mümkün olduğunu bildirib. O, İranın hazırda Ermənistanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Ətraflı videoda:

İlkin Həsənov
Globalinfo.az

Paylaş: