Kavelaşvili Əliyevə və Paşinyana təşəkkür etdi – “Bu, həlledicidir”

kavelasvili 1

“Gürcüstan Ermənistan və Azərbaycan arasında münaqişəyə son qoyulmasında maraqlıdır”. 

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili  “İmedi”yə müsahibəsində deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkürünü bildirib:

“Biz regionda münaqişəyə son qoyulmasında maraqlı olan tərəflərdən biriyik. Hər iki ölkənin hökumətlərinə münaqişəyə son qoymaq istəyinə görə təşəkkür etmək istərdim. Sülh və sabitlik region üçün həlledici əhəmiyyət kəsb edir və hər üç ölkə üçün imkanlar açır”.

Əliyar Xəlil
Globalinfo.az