Fransa, Almaniya və Böyük Britaniyanın İrana qarşı sanksiyaları bərpa etmək qərarı rəsmi Tehranın kəskin etirazına səbəb olub.
Globalinfo.az-ın xəbərinə görə, İran Xarici İşlər Nazirliyi bəyan edib ki, bu addım ölkənin MAQATE ilə əməkdaşlıq səviyyəsini ciddi şəkildə zəiflədəcək.
İran XİN-in açıqlamasında deyilir: “‘Avropa üçlüyü”nün qərarı İranla MAQATE arasında mövcud qarşılıqlı əlaqə və əməkdaşlıq səviyyəsini ciddi şəkildə zədələyəcək. Bu təxribatçı və əsassız eskalasiya Tehranın adekvat cavab tədbirləri ilə qarşılanacaq”.
Diplomatik mənbələr isə bildiriblər ki, Fransa və Böyük Britaniya 29 avqustda BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsi üçün müraciət ediblər. Görüşdə İranın nüvə sazişi (JCPOA) üzrə öhdəliklərindən uzaqlaşması və bunun ardınca Avropa ölkələrinin “snapback” mexanizmini işə salması müzakirə ediləcək.
Əliyar Xəlil