Sentyabrın 3-də Çin və SSRİ ordularının Yaponiya üzərindəki qəbələsinin ildönümü münasibətilə Pekində böyük bayram tədbiri və hərbi parad baş tutacaq. Çində keçiriləcək qələbə paradına 26 ölkə lideri qatılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Çinin dövlət televiziyası məlumat yayıb.
Paradı ümumilikdə 26 ölkə liderinin izləyəcəyi açıqlanıb. Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da dəvətlilər arasındadır.
Həmçinin Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen İn, İran Prezidenti Məsud Pezeşkian və Pakistanın Baş naziri Şahbaz Şərif də paradı izləyən liderlərin sırasında olacaqlar.
Azərbaycan və Ermənistan liderləri həmçinin 31 avqust-1 sentyabr tarixlərində baş tutacaq Şanxay Əməkdaşlıq Təşkilatının sammitində də iştirak edəcəklər.
Əliyar Xəlil
Globalinfo.az