68af1350d97f968af1350d97fa175630420768af1350d97f668af1350d97f8

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib.

DTX-nin Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, görüş çərçivəsində Vətən müharibəsi iştirakçıları mərkəzdə yaradılmış şəraitlə yaxından tanış ediliblər.

Daha sonra rəsmi və bədii hissədən ibarət tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən ətraflı söhbət açıblar. Haqq savaşında əldə olunmuş tarixi qələbənin 5-ci ildönümünün 2025-ci ildə qeyd ediləcəyini vurğalayan çıxışçılar Vətən müharibəsi ilə başlanan taleyüklü missiyanın 2023-cü ilin sentyabr ayında dövlət suverenliyinin bərpa olunması ilə nəticələnməsinin hər bir vətənpərvər azərbaycanlıda sonsuz iftixar və qürur hissi oyatdığını bildiriblər.

Çıxışlardan sonra tədbir vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam etdirilib.

68af134fc0cec68af134fc0ced175630420768af134fc0cea68af134fc0ceb 68af135049ffc68af135049ffd175630420768af135049ff968af135049ffb 68af135072ca268af135072ca3175630420768af135072c9f68af135072ca1 68af13505d82868af13505d829175630420768af13505d82668af13505d827 68af13508703568af135087036175630420768af13508703268af135087034 68af1350c3ec568af1350c3ec6175630420768af1350c3ec368af1350c3ec4 68af1350afe6e68af1350afe6f175630420768af1350afe6b68af1350afe6d 68af13509adf568af13509adf6175630420768af13509adf268af13509adf4

Paylaş: