mese yanir

Ağstafa rayonunun Yuxarı Göycəli kəndi istiqamətində baş vermiş yanğın məhdudlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bildirilir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Rayonun Dağ Kəsəmənli və Ağköynək istiqamətində yanğınların söndürülməsi əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

***16:37

Ağstafa rayonun Tatlı, Yuxarı Göycəli, Dağ Kəsəmən kəndləri ərazisində başlayan yanğının söndürülməsinə ətraf rayonlardan əlavə qüvvə cəlb edilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, rayonun Hayvalı adlanan meşə sahəsindəki yanğını söndürmək üçün ümumilikdə 7 yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.

Çox sayda canlı qüvvə əsasən Qazax, TovuzAğstafa rayonlarından əraziyə cəlb olunub.

***16:24

Ağstafa rayonunda meşə sahəsində yanğın başlayıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə Ağstafa rayonunun Hayvalı adlanan meşə sahəsində qeydə alınıb.

Yanğının ərazisi hazırda genişlənməkdədir. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Hayvalı adlanan meşə sahəsindən əsasən qışlaq kimi istifadə olunur.

Paylaş: