0x0 kim milyoner olmak isterde kenan imirzalioglunun zor anlari kim milyoner olmak isterde unlu sunucu o kelimeyi 1655495477256

Məşhur türkiyəli aktyor Kənan İmirzalıoğlunun pərəstişkarı ilə dialoqu gündəm olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat paylaşılıb.

Belə ki, aktyorun qəbiristanlıq ziyarəti zamanı vətəndaşlardan birinə verdiyi cavab diqqət çəkib.

“Əksər sənətçinin dua və ya yalvarmaqla işi yoxdur”, – deyə İmirzalıoğlunun fanatı bildirib.

Aktyor isə qarşılığında bunları deyib:

“Çox ayıbdır. Pulla imanın kimdə olduğunu ayırd etmək olmur. Sən niyə belə deyirsən?”

Sözügedən söhbət sosial mediada sürətlə yayılıb və İmirzalıoğlunun cavabı maraqla qarşılanıb.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: