sevdaliza 3398 full1739418579

Dünyaca məşhur Güney azərbaycanlı müğənni Sevda Əlizadənin (Sevdalizə) Ermənistanda baş tutacaq “Coca cola” musiqi festivalı çərçivəsində çıxışı təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, buna erməni ictimaiyyətindəki narazılıq səbəb olub.

Belə ki, Sevda Əlizadənin “Məsih” mahnısının klipində xristian dəyərlərini ələ saldığı iddia edilib. Bu səbəbdən ermənilər onun ölkəyə gəlməsinin qadağan olunmasını tələb ediblər.

Qeyd edək ki, İranda dünyaya gələn Sevda Əlizadə daha sonra ailəsi ilə Niderlanda köçüb. O, əslən Güney azərbaycanlıdır və bunu özü açıqlayıb.

Bir neçə ilə əvvəl müğənninin “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanl təmsil etməsi məsələsi də gündəmə gəlib. Hətta azərbaycanlı fanatlarının bunun üçün müvafiq qurumlara çox sayda müraciət məktubu ünvanladığı bildirilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: