zaxarova 1423

Ukrayna hakimiyyəti öz xalqını aldadıb.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Ukrayna xalqı sülh içində yaşamaq istəyirdi və məhz bu səbəbdən Prezident Volodimir Zelenskini seçmişdi.

“Zelenski və onun ofisi Ukrayna xalqını parçalayıb və kütləvi şəkildə qətlə yetirib. Arxada gizlənməyi dayandırın. Ukraynaya qaytarılan 1000 əsir döyüşçü hakimiyyət üçün artıq lazım deyil”, – deyə Zaxarova bəyan edib.

Diplomat Kiyev hakimiyyətinin fəaliyyətini sərt tənqid edərək, onun nəticələrini “Ukrayna xalqına qarşı soyqırım” kimi qiymətləndirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: