2025 03 07T073431Z 1991739735 RC2D6DAV45NN RTRMADP 3 UKRAINE CRISIS EU HUNGAR pic 32ratio 900x600 900x600 43132

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüşdən sonra onların xahişi ilə Macarıstanın baş naziri Viktor Orbana zəng edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg”  məlumat yayıb. Söhbətin mövzusu Orbannın Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxması olub.

Məqaləyə görə, Avropa liderləri Trampdan sağçı populist Orban üzərində təsir göstərməsini istəyiblər ki, o, etiraz mövqeyindən əl çəksin.

Mənbələrin məlumatına əsasən, Tramp bu zəngi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından dərhal sonra həyata keçirib. Maraqlıdır ki, Orban söhbət zamanı öz ölkəsini Putin və Zelenskinin mümkün görüşü üçün məkan kimi də təklif edib.

Ertəsi gün Orban “Facebook” hesabında paylaşım edərək Avropa liderlərinin tələbini eşitdiyini, lakin geri addım atmaq fikrində olmadığını bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: