
İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei “Müqəddəs Müdafiə” həftəsi ilə əlaqədar müraciət yayımlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Xamenei çıxışında İranın cənubundakı dənizlərdə ABŞ və digər xarici qüvvələrin mövcudluğuna toxunub:
“Əvvəllər ölkənin cənubundakı dənizlər xarici qüvvələrin “oyun meydanı” kimi istifadə olunub. Hörmüz boğazını müdafiə edən İran qüvvələrinin zərbələrindən sonra xarici hərbi qüvvələr Ərəb dənizindən İran istiqamətində irəliləməyə ehtiyat edirlər.
Onlar nə vaxt belə bir riskə gediblərsə, bunun nəticəsində özləri zərər görüblər. Yaxın günlərdə Ərəb dənizinin də onlardan təmizlənəcəyi gün gələcək”.
Safura Bənnayeva
Globalinfo.az