tohid elesgerov

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Globalinfo.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***13:34

18 yaşlı gəncin süni göldə boğularaq ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Globalinfo.az bildirir ki, Teleqraf-ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranın Tükəvilə kənd sakini, 18 yaşlı Tohid Ələsgərov idmanın güləş növü ilə məşğul olub. O, hər səhər dostları ilə dağlarda qaçış edərək daha sonra kənd ərazisindəki süni gölə gələrək əl-üzünü yuyurmuş.

Hadisə baş verən gün də T.Ələsgərov adəti üzrə dostları ilə qaçışdan sonra gölə gəlib. Əl-üzünü yuduqdan sonra su içmək istədiyi an ayağı sürüşərək gölə düşüb. Gölün dərin olması səbəbindən o, boğularaq dünyasını dəyişib.

Qeyd edək ki, Tohid Ələsgərov ailənin tək oğlan övladı olub.

X X X

Lənkəran rayonunun Tükəvilə kəndində 18 yaşlı gənc faciəvi şəkildə həyatını itirib.

Globalinfo.az bildirir ki, Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov süni gölün ətrafında gəzərkən ehtiyatsızlıq səbəbindən ayağı sürüşərək suya düşüb. Suyun dərin olması səbəbindən o, boğularaq ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Traktor vasitəsilə gölün qarşısı qazılaraq suyun səviyyəsi aşağı salındıqdan sonra yeniyetmənin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: