Bəyoğlu bələdiyyə sədri İnan Güney və daha 7 nəfər İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunub.
Globalinfo.az xəbər verir ki, istintaq çərçivəsində bir sıra rüşvət və maliyyə pozuntuları ilə bağlı araşdırmalar aparılıb və İnan Güney ilə əlaqəli şübhələr ciddi hesab edilib.
Həbs olunan şəxslərin səlahiyyətlərindən sui-istifadə etmə və maliyyə pozuntularında iştirak etdikləri bildirilir. Hüquq-mühafizə orqanları hazırda istintaqı davam etdirir və digər mümkün əlaqədar şəxslərin müəyyənləşdirilməsi üçün tədbirlər görülür.
Tahir Turan
Globalinfo.az