1754656970 gettyimages 8727806941 e1521676525104 1024x637 1

ABŞRusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında bu gün keçiriləcək görüşlə bağlı bəzi detallar bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə  “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, liderlər arasında atəşkəslə bağlı fikir ayrılıqları qalmaqda davam edir.

Rəsmi mənbələrə görə, görüş öncəsi tərəflər müəyyən razılaşma əldə edə biliblər:

“Görünür, görüşdə bəzi şərtlər razılaşdırılacaq, çünki Trampdan imtina etmək olmaz, biz də (sanksiya təzyiqinə görə) ondan imtina edə bilmərik”.

“Reuters” yazır ki, Putin tam atəşkəs üçün sərt şərtlər irəli sürüb, lakin kompromis kimi hava müharibəsinin mərhələli dayandırılması təklif oluna bilər.

Analitiklər isə bildirirlər ki, Putin Ukraynada eskalasiyanı davam etdirərək Trampa istədiyini verirmiş kimi görünməyə çalışacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: