2020-ci il müharibəsində həlak olanların xatirəsinin anım günündə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi münaqişədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir.
Globalinfo.az bildirir ki, APA-nın verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Facebook səhifəsində paylaşım edib.
“Aİ Azərbaycan və Ermənistanla davamlı sülh naminə yaxından işləmək niyyətindədir, barışığa və düşmənçilik səhifəsini çevirməyə yönəlik səyləri dəstəkləyir.
Azərbaycan xalqına və regiona sülh və firavanlıq arzulayırıq!”














