sanks 1701799488

ABŞ Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müəyyən hissəsini qismən aradan qaldırıb. 

Globalinfo.az xəbər verir ki, bu addım yalnız Alyaskada keçirilməsi planlaşdırılan sammit üçün zəruri olan əməliyyatlara şamil edilir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, görüşün təşkili üçün lazım ola biləcək bütün maliyyə əməliyyatlarına qoyulan məhdudiyyətlər avqustun 20-dək müvəqqəti olaraq götürülüb.

Bununla belə, bu qərar Rusiyaya qarşı sanksiyalar çərçivəsində bloklanmış aktivlərin açılmasını əhatə etmir.

Tahir Turan

Globalinfo.az

Paylaş: