“Hindistan elə sürətlə inkişaf edir ki, heç bir dünya gücü onu supergücə çevrilmək yolunda dayandıra bilməz”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Hindistan müdafiə naziri Sinq Rajnat deyib.
Onun sözlərinə görə, Hindistanın müdafiə ixracının həcmi ildə 240 milyard rupiyi (2,7 milyard dollar) keçib ki, bu da ölkə üçün rekord göstəricidir:
“Hindistanın inkişaf tempinə əsasən sizi əmin edirəm ki, heç bir dünya gücü bizim supergücə çevrilməyimizə mane ola bilməz”.
Safura Bənnayeva
Globalinfo.az