tramp 5

“ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Tramp illərdir davam edən münaqişədə vasitəçi missiyasını yerinə  yetirməyə çalışır”. 

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşrinin məqaləsində qeyd olunur.

Nəşr yazır ki, artıq iki yüksək rütbəli Ağ Ev rəsmisi Trampın liderlərlə görüşünü təsdiqləyib. Adının açıqlanmasını istəməyən rəsmilərdən biri deyib ki, cümə günü baş tutacaq görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişi elan oluna bilər.

Qeyd edək ki, bundan öncə görüş zamanı sülh müqaviləsinin deyil, prosesin davam etdirilməsi məqsədilə sadəcə tərəflər arasında “niyyət protokolu”nun imzalanacağına dair məlumatlar yayılmışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: