Nyu-York şəhəri yaxınlığında 3 maqnitudalı zəlzələ olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.
Yerli vaxtla şənbə günü saat 22:18-də Manhettendən 13 kilometr şimal-qərbdə yeraltı təkanlar baş verib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Nisbətən zəif olmasına baxmayaraq, zəlzələ 65 mil (təxminən 105 km) uzaqlığa qədər hiss olunub, bu da qərbi Konnektikut və Aşağı Hudson vadisinə qədər uzanır. Nyu-York şəhəri və ətraf bölgələrdə yaşayan bir çox sakinlər də titrəyişləri hiss etdiklərini bildiriblər.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Safura Bənnayeva
Globalinfo.az














