Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını Rusiya təhlükəsi mifinə əsaslanan siyasətdən imtina etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, o, bu fikirləri Esterqond şəhərində keçirilən gənclər festivalında M1 kanalı vasitəsilə yayımlanan çıxışında səsləndirib.
Orban bildirib ki, Rusiya tərəfindən Avropanın işğalı ehtimalı real deyil və bu səbəbdən də Aİ siyasi qərarlarını belə bir qorxu üzərində qurmalı deyil:
“Rusların gəlib bizi işğal edəcəyi ehtimalı real deyil və siyasi addımlarımızı buna əsaslandırmamalıyıq,” – deyə o vurğulayıb.
Macarıstanın hökumət başçısı bu cür yanaşmanın yanlış nəticələr doğuracağını və natamam həll yollarına səbəb ola biləcəyini qeyd edib.
Onun sözlərinə görə, Rusiya hazırda Avropanı təhdid etmək gücündə deyil və avropalılar, xüsusən də Şərqi Avropa ölkələrinin sakinləri özlərini təhlükəsiz hiss edə bilərlər.
Tahir Turan