Fransa Senatının üzvü Natali Qule Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə fransalı senator öz “Twitter” səhifəsində paylaşım edib.
“Azərbaycanın Tehrandakı səfirliyinə hücumu kəskin şəkildə pisləyirəm. Nəticədə bir nəfər həlak olub, bir neçə təhlükəsizlik əməkdaşı yaralanıb. Mərhum Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını diləyirəm”, – deyə o qeyd edib.