20230315 gaf rv21 001 pic4 zoom 1500x1500 90637

İyulun 28-də Ukrayna ərazisində üçüncü dəfə hava hücumu həyəcanı elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Hava hücumu həyəcanı Rusiyanın “Kinjal” raketlərini daşıya bilən MiQ-31K qırıcısının havaya qalxması ilə əlaqədar elan edilib”, – deyə bildirilib.

“Novosti Live” nəşrinin məlumatına görə, Ukraynada hərbi aerodrom ərazisində partlayışlar baş verib.

Qeyd edək ki, bir gün əvvəl Kiyev və Sumıda partlayışlar olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: