6884fdf5b2fbc6884fdf5b2fbd17535462296884fdf5b2fba6884fdf5b2fbb

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Polis Şöbəsindən Globalinfo.az-a verilən məlumata görə araşdırmalar zamanı rayonun Aşağı Quşçu və Bozalqanlı kəndlərində ümumilikdə 0.8 hektar biçilmiş əkin sahəsinin sakinlər tərəfindən qəsdən yandırıldığı müəyyən edilib.

Hadisənin törədilməsində şübhəli bilinən İ. Məmmədov və R. Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülür.

Paylaş: