Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri iyulun 24-də Rusiyanın Amur vilayətində qəzaya uğrayan “An-24” təyyarəsinin uçuş registratorlarını tədqiq ediblər.
Globalinfo.az bu barədə DAK-a istinadla xəbər verir.
“Parametr məlumatlarının daşıyıcısı olan maqnit lenti yanğın nəticəsində məhv edilib, səs yazıcısında olan məlumatlar isə qalıb. Təyyarə yerə çırpılmazdan əvvəl onun sistemlərində heç bir nasazlıq qeydə alınmayıb”, – deyə DAK-ın məlumatında bildirilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
***14:06
Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsi Amur vilayətində qəzaya uğrayan “Anqarsk” aviaşirkətinə məxsus An-24 təyyarəsinin “qara qutu”sunun şifrəsini açmağa başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.
“Parametrik məlumat daşıyıcısı (maqnit lenti) yanğın nəticəsində sıradan çıxıb, səs yazıcısından olan məlumatlar qorunub saxlanılıb. Yazının təhlili aparılır”, – komitədən bildirilib.
Qeyd edək ki, təyyarədə ekipaj daxil 46-49 nəfərin olduğu və hamısının öldüyü açıqlanıb. Hadisə ilə bağlı ölkədə 3 günlük matəm elan edilib.
Əliyar Xəlil
Globalinfo.az