Azərbaycan və Bolqarıstan HHQ nümayəndələri görüşdü – FOTO

Azərbaycan və Bolqarıstan HHQ nümayəndələri görüşdü - FOTO

2025-ci ilin ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan və Bolqarıstan Hərbi Hava Qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Aviasiya vasitələrinə texniki qulluq” mövzusunda ekspert görüşü keçirilib.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, görüşdə qonaqlara aviasiya təhlükəsizliyi mövzusunda brifinq təqdim olunduqdan sonra geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Ekspert görüşü zamanı qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb, eləcə də bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan və Bolqarıstan HHQ nümayəndələrinin iştirakı ilə ekspert görüşü keçirilib