Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında mümkün görüşlə bağlı mövqeyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Medinski belə bir görüşün yalnız yaxşı planlaşdırıldığı halda baş tuta biləcəyini deyib.
“Biz Ukrayna tərəfinə çatdırmışıq ki, Putin və Zelenski arasında görüş əvvəlcədən və ətraflı şəkildə hazırlanmalıdır. Əks halda, bu cür görüş nəticə verməz. Tək şərtimiz budur. Əlavə şərt olarsa, bunu Ukrayna tərəfinə çatdıracağıq”, – deyə o bildirib.
Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və danışıqlar qrupunun rəhbəri Rustem Umerov Kiyevin Moskvaya avqustun sonuna qədər Putin və Zelenski arasında görüş keçirməyi təklif etdiyini açıqlamışdı.
Mövzuyla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da münasibət bildirib. Onun sözlərinə görə, bu səviyyədə görüş yalnız çoxsaylı ilkin razılaşmalar və hazırlıq işləri aparıldıqdan sonra mümkün ola bilər.
Tahir Turan