borrel

Avropa Birliyi Mərkəzi Asiyada Rusiyadan yan keçəcək nəqliyyat dəhlizlərinin tikintisini dəstəkləyir.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin baş diplomatı Jozep Borrel deyib.

Onun sözlərinə görə, AB regionun enerji potensialını tədarük və idxalla hərəkətə gətirməlidir. J.Borrel Ukrayna müharibəsi və Çinin bu istiqamətdə güclənməsi fonunda Mərkəzi Asiyanın Avropa Birliyinə daha uyğun tərəfdaş kimi baxdığını bildirib.

Qeyd edək ki, J.Borrel noyabrın 16-da Mərkəzi Asiyaya səfər edib. Son zamanlar Mərkəzi Asiya uğrunda rəqabət güclənib. Xüsusilə enerji təhlükəsizliyi ilə əlaqədar olaraq AB-nin bölgəyə marağı bir qədər də artıb. Təkcə Avropa ölkələri yox, o cümlədən bölgəni ziyarət edən amerikalıların da sayı artıb.

İlkin
Globalinfo.az

Paylaş: