Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi “Baza” teleqram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qətimkan tədbiri seçib.
Globalinfo.az-ın məlumatına görə, Trifonov qabaqcadan razılaşdırılmış şəkildə bir qrup şəxslə birlikdə rüşvət verməkdə təqsirləndirilir.
Məhkəmə müstəntiqlərin vəsatətini təmin edərək Trifonovun 1 ay 27 gün müddətinə həbsdə saxlanılmasına qərar verib.
Lakin baş redaktor özünü təqsirli bilmir. Trifonov məhkəmədə deyib:
“Mən ittiham olunduğum cinayəti törətməmişəm. Zəmanət verirəm ki, istənilən vaxt müstəntiqlərin və məhkəmənin çağırışına gələcəyəm”.
O, həmçinin qeyd edib ki, qaçmaq niyyətində deyil və şəxsiyyət vəsiqəsini, telefonlarını, eləcə də kompüterlərini könüllü şəkildə hüquq-mühafizə orqanlarına təhvil verib.
Tahir Turan














