img 3422 1752264485

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Burkar istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sebastyan Lekornu X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Onun rəhbərliyi təhdidlərə aydın strateji baxışı və ordumuzu onlara qarşı uyğunlaşmaq üçün daimi öhdəliyi ilə seçilirdi”, – deyə o yazıb.

Lekornu qeyd edib ki, Beşinci Respublika rəhbərliyinin qərarına əsasən, növbəti baş qərargah rəisi Hərbi Hava Qüvvələri generalı Fabien Mandon olacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: