“Ermənistanın rəqibləri Fransanın rəqibləridir”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa daxili işlər naziri Jerald Darmanen Erməni Təşkilatları Koordinasiya Şurası ilə görüşü zamanı deyib.
Fransanın Ermənistandakı keçmiş səfiri Conatan Lakot Darmanenin sözlərini özünün sosial şəbəkə səhifələrində paylaşıb.
Qeyd edək ki, Erməni Təşkilatları Koordinasiya Şurası Avropada erməni diasporaları və lobbilərinin fəaliyyətini tənzimləyir. Dünən bu təşkilatın həmsədrləri ilə Fransa Prezidenti Emmanuel Makron da görüşmüşdü.
Zaira Akifqızı
Globalinfo.az